Rusiyada binada partlayış - 130 nəfər təxliyyə edilib + Yenilənib

Rusiyada binada partlayış
Oxunma sayı: 936

Rusiyanın Stavropol şəhərində yaşayış binasında partlayış olub.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhər rəhbəri Andrey Catoyev bildirib.

Məlumata əsasən, partlayış baş verən zaman binada 65 nəfər sakin olub. Onların hamısı təxliyyə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

İnsidentin binaya yeni köçən şəxsin apardığı təmir işləri nəticəsində baş verdiyi bildirilir.

***
Binadan təxliyyə edilənlərin sayı 130 nəfərə çatıb. Onların bəziləri qohumlarının evində, digərləri isə məktəb binasında yerləşdirilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi