Rusiyada bir vaxtların ən uzun körpüsü uçdu - Video

rusiyada-bir-vaxtlarin-en-uzun-korpusu-ucdu
Oxunma sayı: 1569

Rusiyanın Başqırdıstan Respublikasının Beloretsk şəhərində bir vaxtların ölkənin ən uzun taxta körpüsü uçub.

“Qafqazinfo” xəbər verir ki, uçan körpünün görüntüləri sosial şəbəkələrdə paylaşılıb. Yerli sakinlər onu doğma diyarlarının bir parçası hesab etdiklərini qeyd edib. Onlar baş verən hadisədən çox kədərləndiklərini bildirib.

Qeyd edək ki, bu gün Rusiyanın ən uzun körpüsü Krasnodar diyarındakı Krım körpüsü sayılır. Onun ümumi uzunluğu 16857,28 metr təşkil edir.