Rusiyada böyük terrorun qarşısı alınıb - Dərbənddə 11 nəfər öldürülüb + Video

rusiyada-boyuk-terrorun-qarsisi-alinib
Oxunma sayı: 2329

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) son 4 gün ərzində Dağıstan, Tatarıstan, Stavropolda, Omsk və Ulyanovsk vilayətlərində 12 bandit və 14 terrorçunu zərərsizləşdirib.

“Qafqazinfo” “Sputnik”ə istinadən xəbər verir ki, 21 və 24 apreldə Dərbənddə İŞİD tərəfdarı olan 11 terrorçu zərərsizləşdirilib. Əbu Bəkr əl-Bağdadiyə sədaqət andı içən bu terrorçular hüquq-mühafizə orqanları əməkdaşları və vəzifəli şəxslərə qarşı qalmaqallı hücumlar hazırlayırmışlar.

İŞİD tərəfdarı olan daha bir terrorçu Stavropolda zərərsizləşdirilib. O, odlu silah və əldəqayırma partlayıcı vasitə ilə terror aktı hazırlayırmış.

FTX rəhbəri Aleksandr Bortnikov bildirib ki, ötən il 25 terror aktının qarşısını alıblar, 4 terror aktı isə həyata keçirilib. Bu ilin 4 ayı ərzində 6 terror aktı hazırlayan 12 banda zərərsizləşdirilib, 189 terrorçu tutulub, 15 nəfər məhv edilib.