Rusiyada çadır düşərgəsində yanğın - 1 uşaq öldü, 4-ü xəsarət aldı + Foto

rusiyada-cadir-dusergesinde-yangin
Oxunma sayı: 1042

Rusiyanın Xabarovsk vilayətində çadır düşərgəsində güclü yanğın olub.

“Qafqazinfo” “TASS” agentliyinə istinadən xəbər verir ki, ilkin məlumata görə, yanğın nəticəsində 11-13 yaş aralığında dörd uşaq müxtəlif dərəcələrdə yanığ xəsarəti alıb, biri isə vəfat edib. Reanimasiyaya yerləşdirilən üç uşağın vəziyyəti ağır olaraq qalır.

Qurulan 26 çadırdan 20-si yanaraq külə dönüb. Hüquq-mühafizə orqanları əməkdaşının sözlərinə görə, yanğın zamanı düşərgədə 189 uşaq olub. 

Yanğının səbəbləri araşdırılır.