Rusiyada çayda boğulan azərbaycanlının meyiti tapılıb

rusiyada-cayda-bogulan-azerbaycanlinin-meyiti-tapilib
Oxunma sayı: 1185

Başqırdıstanın paytaxtı Ufada Ağ çayda boğulan Azərbaycan vətəndaşının meyiti tapılıb. Bu barədə “Qafqazinfo”ya Başqırdıstanın Azərbaycandakı diasporunun sədri Mirzə Dadaşov məlumat verib.

Sədrin sözlərinə görə, Şamaxı rayonundan olan 1995-ci il təvəllüdlü Məmmədov Elşən Nuhməmməd oğlu mayın 11-də çayda boğularaq ölüb. 

Onun meyiti mayın 12-də tapılıb, hazırda morqdadır.

E. Məmmədovun cənazəsi ailəsinə təhvil verilməsi üçün mayın 16-da Azərbaycana göndəriləcək.

M. Dadaşov mərhumun subay olduğunu, ötən il Ufaya işləmək üçün getdiyini sözlərinə əlavə edib.