Rusiyada daha bir aparıcı Putinə rəqib gəlir

Rusiyada daha bir aparıcı Putinə rəqib gəlir
Oxunma sayı: 1971

Jurnalist və müğənni Yekatrina Qordon Rusiyada keçiriləcək prezident seçkilərində namizəd olmağı planlaşdırıb. “Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, bununla bağlı jurnalist YouTube-da videomüraciət yayıb:

“Mən böyük ehtimal ki, prezident administrasiyası ilə razılaşdırılmamış yeganə namizəd olacam. Mən iki uşaq anası, 10 illik təcrübəsi olan jurnalistəm, özümün hüquq şirkətimi təsis etmişəm və beş ildir ki, ölkədə qadın və uşaq haqlarının müdafiəsi ilə məşğulam”. 

Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2018-ci ilin martında keçiriləcək. Hazırda namizədliyini irəli sürmək fikrində olanlar Vladimir Jirinovski, “Alma” partiyasının lideri Qriqori Yavlinski və teleaparıcı Kseniya Sobçakdır. 

 






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi