Rusiyada daha bir terror - - 15 ölü

rusiyada-daha-bir-terror-
Oxunma sayı: 2619


 “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu gün səhər saatlarında tralleybusa qoyulan partlayıcı qurğunun iişə düşməsi nəticəsində baş verən partlayışda 15 nəfərin öldüyü, xəstəxanalarda 28 yaralıya tibbi yardım göstərildiyi deyilir. 

Federal Təhlükəsizlik Bürosunun direktoru Nikolay Bortnikov prezident Vladimir Putinin göstərişi ilə Volqoqrada uçub. 

Yaralılardan biri 8 aylıq körpədir. Onun vəziyyətinin ağır olduğu deyilir.

Xatırladaq ki, dekabrın 29-da Volqoqradda dəmir yolu vağzalında törədilən terror aktı nəticəsində 17 nəfər ölüb, 40-dan çox adam yaralanmışdı.