Rusiyada erməni oliqarxı həbs olundu

rusiyada-ermeni-oliqarxi-hebs-olundu
Oxunma sayı: 2329

Rusiyanın paytaxtı Moskvada tanınmış biznesmen, Donbasda mülkləri olan erməni əsilli oliqarx Oleq Mkrtçyan həbs olunub.

“Qafqazinfo” “Oxu.az”a istinadən xəbərinə görə,  Oleq Mkrtçyan “Donbas sənaye birliyi”nin təsisçisi və rəhbəri sayılır

O, Rusiya “Vnesheconombank”ının vəsaitlərinin mənimsənilməsində ittiham olunaraq, 2 ay müddətinə saxlanılıb.

Qeyd edək ki, onun sərvəti 1.25 milyard dollar dəyərində qiymətləndirilir.