Rusiyada Ermənistandan gələn avtobus aşıb, yaralılar var

rusiyada-ermenistandan-gelen-avtobus-asib-yaralilar-var
Oxunma sayı: 748

Ermənistandan Rusiyanın Omsk şəhəri istiqamətində gedən avtobus Stavropol diyarında aşıb.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, "Nissan Elgrand" markalı mikroavtobusda 8 nəfər olub. Onlardan 3-ü yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerində fövqəladə hallar xidmətinin nümayəndələri çalışır.