Rusiyada FTX binasında partlayış, ölən var

rusiyada-ftx-binasinda-partlayis-olen-var
Oxunma sayı: 1612

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin regional idarəsində partlayış baş verib.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki,  hadisə yerli vaxtla 08:50-də FTX-nin Arxanqelsk vilayətində yerləşən binasında olub. Məlumata görə, partlayış zamanı  yaralanan 1 nəfər vəfat edib. Əraziyə polis və FHN əməkdaşları cəlb edilib, binadakılar evakuasiya ediliblər. Partlayışın səbəbi hələlik bilinmir.

Aysel Kərimova