Rusiyada gizli silah emalatxanaları aşkarlandı

rusiyada-gizli-silah-emalatxanalari-askarlandi
Oxunma sayı: 1373

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları gizli fəaliyyət göstərən 10 silah emalatxanası aşkar ediblər.

"Qafqazinfo" xəbər verir ki, odlu silah istehsalı ilə qanunsuz məşğul olan şəxslər saxlanılıb.

Silahların modernləşdirilməsi və patronların istehsalı üzrə gizli fəaliyyət göstərən emalatxanalardan peşəkar səviyyədə silah buraxan avadanlıqlar müsadirə edilib.

Həmin emalatxanalardan 92 ədəd odlu silah, o cümlədən iki ədəd RPK, ZB-30 pulemyotları, “Kalaşnikov” avtomatları və “Makarov” tapançaları, digər silah-sursat götürülüb. Bundan başqa, 400 ədəd silahın əsas hissələri, 4,4 min patron da müsadirə olunub.