Rusiyada güclü qar 35 min nəfəri işıqsız qoydu

Rusiyada güclü qar 35 min nəfəri işıqsız qoydu
Oxunma sayı: 1003

Rusiyanın 6 bölgəsində aramsız qar yağışı fəsadlara səbəb olub.

“Qafqazinfo” Tass-a istinadən xəbər verir ki, qar xüsusən Volqaqrad, Ulyanovsk, Saratov, Kalyuqa, Penza və Vladimir bölgəsində güclü olub.

Məlumata görə, 35 min nəfər işıqsız qalıb. İşıqların kəsilməsinə səbəb olaraq elektrik naqillərinin yağan qarın ağırlığına tab gətirmədiyi və ağacların xətlərin üzərinə aşması göstərilib.

Fövqəladə Hallar Nazirliyi hazırda fəsadın aradan qaldırılması üçün çalışmalar aparır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi