Rusiyada güclü zəlzələ olub

rusiyada-guclu-zelzele-olub
Oxunma sayı: 1678

Rusiyanın Kamçatka sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Interfaks” agentliyi  məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanlar Petropavlovsk-Kamçatsk şəhərindən 167 km cənub-şərqdə, 40 km dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alanlar yoxdur.