Rusiyada günün mövzusu - Putin kimə sürücülük edirdi? + Video

Rusiyada günün mövzusu
Oxunma sayı: 10323

Rusiya prezidenti Vladimir Putin Valaam monastrını ziyarət edib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Zvezda" kanalının yayımladığı görüntü mübahisə mövzusuna çevrilib. 

Belə ki, Putinin “Mercedes” markalı avtomobili özü sürərək monastra gəlib. O, arxa oturacaqdakı pencəyini götürmək üçün maşının arxa qapısını açıb. Bu zaman kamera aydın şəkildə arxa kresloda oturan qırmızı paltarlı qadını görünüb. Yalnız paltarı görünən qadın əl işarəsi ilə pencəyin onda olmadığını bildirib. Sonra Putin tez-tələsik avtomobilin arxa qapısını bağlayıb.

Sosial mediada sürətlə yayılan video ilə bağlı Kremldən açıqlama verilib.

“Avtomobilin arxa kreslosunda oturan adam prezident Vladimir Putinin qadın mühafizəçisidir”,-deyə Dmitri Peskov bildirib.

Görüntülər “Arxa kresloda kimin oturduğunu bilmirəm, amma sürücü Putin idi”,-deyə bəhs edilən məşhur məqaləni xatırladıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi