Rusiyada hava limanı boşladıldı - Bomba həyəcanı

rusiyada-hava-limani-bosladildi
Oxunma sayı: 1549

Rusiyanın Saxa Respublikasının paytaxtı Yakutskdakı hava limanında zibil yeşiklərindən birində bomba olması barədə həyəcan siqnalı verilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, dərhal hava limanı nəzarətə götürülüb və 400 nəfər təxliyyə edilib.

Xüsusi təlim keçmiş itlərlə aparılan axtarışlar nəticəsində binada heç bir partlayıcı maddə tapılmayıb.

Hava limanı normal fəaliyyətinə qayıdıb.