Rusiyada helikopter qəzaya uğrayıb

rusiyada-helikopter-qezaya-ugrayib
Oxunma sayı: 646

Rusiyanın Krasnodar diyarının Anapa rayonunda helikopter qəzaya uğrayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İstintaq komitəsi məlumat yayıb.

Məlumata əsasən “Robinson P66” markalı vertolyot Anapa - Abrau-Durso marşurutu ilə uçmalı idi. Qəza zamanı helikopterin göyərtəsində yalnız pilot olub.

Faktla bağlı araşdırma aparılır.