Rusiyada Hesablamalar Palatasının sədri işdən çıxarıldı - Ağladı+Video

rusiyada-hesablamalar-palatasinin-sedri-isden-cixarildi
Oxunma sayı: 3755

Rusiya Dövlət Duması Tatyana Qolikovanı Hesablamalar Palatasının sədri vəzifəsindən azad edib.

“Qafqazinfo” xəbər verir ki, Qolikova Dumada çıxışının sonunda, həmkarlarına əməkdaşlıq üçün təşəkkür edərkən göz yaşlarını saxlaya bilməyib. Deputatlar isə alqışları ilə ona dəstək olublar. 

Qeyd edək ki, Qolikovanın vəzifəsindən azad edilməsi ilə bağlı təqdimatı Dumaya prezident Vladimir Putin təqdim edib. Belə ki, daha əvvəl baş nazir Medvedev yeni hökumətdə onun sosial məsələlər üzrə müavini təyin edilməsini təklif edib.