Rusiyada içkili şəxslər aktyorlara hücum etdi - Video + Fotolar

rusiyada-ickili-sexsler-aktyorlara-hucum-etdi
Oxunma sayı: 1747

Rusiyanın Yekaterinburq şəhərində bir qrup içkili şəxs “Kolyada-teatr” özəl teatrın aktyorlarına hücum edib. “Qafqazinfo” “E1.ru” saytına istinadən xəbər verir ki, davada artistlər – Taras Poddubnıy və Murad Xalimbekov, eləcə də onların dostu Yeqor xəsarət alıb.

Yeqor başından aldığı butulka zərbəsi səbəbindən xəstəxanaya yerləşdirilib.

Hücum edən şəxslərin çoxu qaçsa da, davanın əsas təhrikçisi elə hadisə yerində ələ keçib. Daha sonra üç nəfər də hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Digərlərinin axtarışları davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.