Rusiyada İŞİD-çi zərərsizləşdirilib - Hədəfi prezident seçkiləriydi

rusiyada-isid-ci-zerersizlesdirilib
Oxunma sayı: 1109

Rusiyanın Nijni Novqorod şəhərində İŞİD terror qruplaşmasının üzvü zərərsizləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. İŞİD-çi Rusiyada prezident seçkiləri günü terror aktı planlaşdırıb. 

Əməliyyat zamanı terrorçu silahlı müqavimət göstərib və FTX-nin xüsusi bölmələri tərəfindən zərərsizləşdirilib. Cinayətkara aid əldəqayırma partlayıcı qurğu, daha bir neçə partalyıcı qurğu hazırlamaq üçün hissələr, odlu silah aşkarlanıb. 

Terrorçu əcnəbi ölkə vətəndaşı olub.