Rusiyada İslam bankçılığı fəaliyyətə başlayacaq

rusiyada-islam-bankciligi-fealiyyete-baslayacaq
Oxunma sayı: 817

“Sberbank”, Rusiya Mərkəzi Bankı və Dövlət Dumasının birgə əməkdaşlığı ilə İslam bankçılığı yaradılacaq.

“Qafqazinfo” Maide-yə istinadən xəbər verir ki, bu işi təşkil etmək üçün birgə işçi qrupu formalaşdırılacaq.

İslam bankçılığının 1 il ərzində təşkil edilməsi nəzərdə tutulub. Pilot layihə olaraq regionlardan biri seçiləcək.

Məsələ 27 fevralda keçiriləcək “Rusiya: tərəfdaşlığın təminatçısı” İslam İqtisadi Forumu çərçivəsində müzakirə olunacaq.