Rusiyada məktəbə maskalı hücum - 13 şagird və müəllimə bıçaqlanıb

rusiyada-mektebe-maskali-hucum
Oxunma sayı: 1813

Rusiyanın Perm şəhərində iki maskalı kişi məktəbə hücum edib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, hücum nəticəsində doqquz məktəbli və bir müəllimə bıçaq yarası alıb. 16 yaşlı məktəbli və müəllimənin vəziyyəti ağırdır.

Hadisə yerinə Perm əyalətinin qubernatoru və Ərazi Təhlükəsizliyi Nazirliyinin əməkdaşları da gediblər. 

Şübhəlilər artıq saxlanılıblar. 

***

Yaralıların sayı 13-ə yüksəlib.