Rusiyada məşhur azərbaycanlı boksçu çəkiclə öldürüldü

rusiyada-meshur-azerbaycanli-bokscu-cekicle-olduruldu
Oxunma sayı: 627

Vladivostokda Primorsk Boks Federasiyasının vitse-prezidenti Müzəffər Süleyman oğlu Rzayevi qətlə yetiriblər. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, qatillər Rzayevin evini soyub və avtomobilini də qaçırıblar.

Şahidlərin sözlərinə görə, 44 yaşlı Müzəffər Rzayevi Karl Marks küçəsindəki evində çəkiclə vurub öldürüblər.

Rzayevin maşını Çerniqovsk rayonunda avtomobil yolunda tapılıb.

Faktla bağlı cinayət işi açılıb. Hazırda qatillərin kimliyinin müəyyənləşməsi istiqamətində iş aparılır. Bir sıra məhkəmə ekspertizaları təyin edilib.