Rusiyada məşhur bodibilder məşqdən sonra öldü

Rusiyada məşhur bodibilder məşqdən sonra öldü
Oxunma sayı: 1631

Moskva əyalətinin bodibildinq federasiyasının vitse-prezidenti Dmitri Jiqulinin cansız bədəni məşq etdiyi fitnes-klubda tapılıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Moskovski komsomolets” xəbər verib.

Şahidlərin sözlərinə görə, məşq həmişəki qaydada keçib və saat 18:00 radələrində idmançı kabinetinə gedib. Saat 20:00 radələrində Jiqulinin kabinetinə yollanan xanım idmançılardan biri onu yerdə uzanılı, huşunu itirmiş vəziyyətdə görüb. Təcili yardımın operativ gəlişinə baxmayaraq, idmançının həyatını xilas etmək mümkün olmayıb. Mərhumun ölüm səbəbləri araşdırılır. 

Qeyd edək ki, Jiqulin Rusiyanın tanınan idmançılarından biri, eləcə də beynəxalq kateqoriyalı hakim idi. O, gənc bodibilderlərə individual məşq keçirdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi