Rusiyada nazir müavini istefa verdi

rusiyada-nazir-muavini-istefa-verdi
Oxunma sayı: 1535

Rusiyanın energetika nazirinin müavini Vyaçeslav Kravçenko istefa verib.

“Qafqazinfo”nun “TASS”a istinadən məlumatına görə, Kravçenko öz istəyi ilə vəzifəsindən azad olunub. “Prezidentin sərəncamına əsasən, Kravçenko vəzifəsindən şəxsi ərizəsi əsasında azad olunub”, - deyə Energetika Nazirliyinin məlumatında bildirilir. 

Qeyd edək ki, Kravçenko nazir müavini postuna 2013-cü ildə təyin olunub.