Rusiyada oğurlanan biznesmen belə xilas edildi - Video

rusiyada-ogurlanan-biznesmen-bele-xilas-edildi
Oxunma sayı: 2655

Rusiyada oğurlanan erməni əsilli iş adamı Sergey Budaqov tapılıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, istintaq komitəsi aqroholdinq sahibinin azad edildiyi anların görüntüsünü yayıb. Bildirilir ki, xüsusi əməliyyat zamanı iş adamı yatmış halda aşkarlanıb, onu polislər oyadıblar.

Xatırladaq ki, bir neçə gün öncə naməlum şəxslər “Orlovskaya Niva” holdinqinin sahibi Sergey Orlovu maşınından oğurlayıblar. Onlar azadlıq müqabilində 20 milyon rubl tələb ediblər. 

Aysel Kərimova