Rusiyada ötən il 47 “qanuni oğru” saxlanılıb

rusiyada-oten-il-47-qanuni-ogru-saxlanilib
Oxunma sayı: 772

Rusiyada ötən il 47 “qanuni oğru” saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya DİN-i məlumat yayıb. Saxlanılanlardan 26-sı cinayət məsuliyyətinə cəlb edilib, 10-u ölkədən deportasiya edilib, 11-i isə arzuolunmaz şəxs elan edilib. 

DİN bəyan edib ki, cinayət iyerarxiyasında yüksək mövqe tutan həmin şəxslər ölkənin kriminal situasiyasına ciddi təsir etməkdə davam edirlər.