Rusiyada pensiya yaşı artırılır

rusiyada-pensiya-yasi-artirilir
Oxunma sayı: 2394

Rusiya baş naziri Dmitri Medvedyev ölkədəki əmək qabiliyyətli insanların sayının azaldığını açıqlayıb və bu səbəbdən büdcə üzərindəki təzyiqin yüngülləşdirilməsinin vacib olduğunu söyləyib.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, Medvedyev bu istiqamətdə bir neçə addımın atılacağını bidirib.

Belə ki, növbəti ildən etibarən 2024-cü ilə qədər əlavə dəyər vergisi (ƏDV) 18 faizdən 20 faizə yüksəldiləcək. Bu addımın növbəti 6 il ərzində Rusiya büdcəsinə 32 milyard dollar gəlir gətirməsi gözlənilir.

Bundan başqa, pensiya yaşı da mərhələli şəkildə artırılacaq. Kişilərin pensiya yaşı 60-dan 65-ə, qadınlarda isə 55-dən 63-ə yüksəldiləcək.