Rusiyada prokuror hakimi ovda güllələyib

rusiyada-prokuror-hakimi-ovda-gulleleyib
Oxunma sayı: 1776

Rusiyanın Başqırdıstan Respublikasında prokuror təsadüfən rayon məhkəməsinin hakiminə atəş açıb.

“Qafqazinfo” xəbər verir ki, prokuror ov zamanı ehtiyatsızlıqdan hakimi çiynindən vurub. 41 yaşlı hakim aldığı yaradan xəstəxanada ölüb. 

Faktla bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açılıb.