Rusiyada qəza - İki azərbaycanlı yaralandı

rusiyada-qeza
Oxunma sayı: 645

Rusiyada KamAZ markalı yük avtomobili ilə VAZ markalı minik avtomobili toqquşub.
 
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə Novorossiyskdə gecə saatlarında baş verib.
 
Qəza nəticəsində minik avtomobilində olan iki nəfər ağır xəsarət alıb. Onların Azərbaycan vətəndaşları olduğu bildirilir.
 
Qeyd olunur ki, VAZ-ın sürücüsü, 1987-ci il təvəllüdlü şəxs çoxsaylı bədən xəsarətləri və kəllə-beyin silkələnməsi travması ilə xəstəxanaya çatdırılıb. Onun sərnişininin (1991-ci il təvəllüdlü) də başından ağır zədə aldığı bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.