Rusiyada qocalar evində yanğın - Ölənlər var

rusiyada-qocalar-evinde-yangin
Oxunma sayı: 791

Rusiyanın İvanov vilayətində qocalar evində yanğın hadisəsi baş verib.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumatında bildirib.

Məlumata əsasən bir nəfərin cəsədi hadisə yerində tapılıb. Daha bir nəfər isə təcili yardımla xəstəxanaya aparılarkən yolda dünyasının dəyişib. Xilasedicilər 43 nəfəri təxliyyə ediblər.