Rusiyada şagird məktəbə balta ilə hücum edib, yaralılar var - Video

Rusiyada şagird məktəbə balta ilə hücum edib, yaralılar var
Oxunma sayı: 1007

Rusiyanın Buryatiya Respublikasının Ulan-Ude şəhərində iki məktəbli balta ilə 7-ci sinif şagirdlərinə hücum edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Məktəbə daxil olan uşaqlar sinif otaqlarından birinə yandırıcı qarışıq maddə doldurulan butulka atıb.  Daha sonra kabinetdən çıxmağa çalışanlara balta ilə zərbələr endiriblər. Nəticədə yeddi nəfər - 6 uşaq və bir qadın yaralanıb. 

Vəziyyəti ağır olan iki yaralı əməliyyata alınıb. 

Məktəbə hücum təşkil edən yeniyetmələrdən biri özünə də xəsarət yetirdiyi üçün hazırda xəstəxanadadır. 

Buryatiya Respublikasının rəhbəri baş verənlərlə bağlı Monqolustan səfərindən geri dönməli olub. 

 

РИА Новости https://ria.ru/incidents/20180119/1512907865.html


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi