Rusiyada sərnişin qatarı yandı - Fotolar

rusiyada-sernisin-qatari-yandi
Oxunma sayı: 1199

Rusiyadnın Tomsk şəhərindən Anapa istiqamətində hərəkətdə olan sərnişin qatarı yanıb.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, yanğın qatarın sonuncu vaqonunda çıxıb.

Sərnişinlər dərhal qaçaraq digər vaqona keçiblər. Maşinist qatarı saxladıqdan sonra yanan vaqonu digərlərindən ayırıblar. Yanğın söndürülsə də vaqon yararsız hala düşüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının elektrik kabelindəki nasazlıqdan yarandığı bildirilir.