Rusiyada seyf oğurlayan azərbaycanlı axtarılır

rusiyada-seyf-ogurlayan-azerbaycanli-axtarilir
Oxunma sayı: 1178

Rusiyanın Novqorod vilayətinin Pestovo şəhərində yerli iş adamlarından birinin seyfi oğurlanıb.

“Qafqazinfo” Lent.az- istinadən xəbər verir ki, hadisə şəhərin Slava küçəsində baş verib.

İş adamının dediyinə görə, seyfin içində 300 min rubl (təxminən 9 min manat) pul olub. Həmin seyfi isə onun tanıdığı Azərbaycan vətəndaşı oğurlayıb.

Hazırda əməliyyat axtarış tədbirləri davam edir.