Rusiyada tanınmış vəkili öldürən azərbaycanlıya 12 il iş verildi

rusiyada-taninmis-vekili-olduren-azerbaycanliya-12-il-is-verildi
Oxunma sayı: 779

Ukraynanın Xarkov şəhərində tanınmış vəkil Viktor Laykonu qətlə yetirən Azərbaycan vətəndaşına hökm oxunub. “Qafqazinfo”nun “Politeka” saytına istinadən verdiyi xəbərə görə, şübhəli şəxs 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 14 mart 2016-cı ildə baş verib. Qətli iki nəfər törədib ki, onlardan biri də vəkillə tanış olub. 

Onlar cinayət hadisəsini planlı şəkildə həyata keçiriblər. Belə ki, mərhumun evinə gəldikdən sonra tanış şəxs vəkilin boynundan, digəri isə qollarından tutaraq onu boğublar. 

Viktor Layko

Daha sonra  onlar evdən 350 min qriven miqdarında zinət əşyaları, fotoaparat, mobil telefon və digər əşyaları oğurlayaraq hadisə yerindən qaçıblar.
Azərbaycanlı şəxs həmin ilin aprelində Kiyevdə saxlanılıb. Onun evində vəkilə məxsus oğurlanmış əşyalar tapılıb. Qətlin ikinci iştirakçısı, 30 yaşlı kişi isə Odessa şəhərində ölü şəkildə tapılıb. 

Məhkəmə icraatı zamanı azərbaycanlının günahı tamamilə sübut olunub. Xarkov şəhərinin Cerjinski rayon məhkəməsi 27 yaşlı Azərbaycan vətəndaşını qəsdən adam öldürmədə təqsirli bilərək 12 il iş verib.