Rusiyada təbii fəlakət baş verdi

rusiyada-tebii-felaket-bas-verdi
Oxunma sayı: 724

Mərkəzi Rusiyanın daşqınlardan əziyyət çəkən regionlarında mindən çox evi su basıb. Başqırdıstanda yaşayış məntəqələrindən yüzlərlə insan evakuasiya edilib. Kurqan və Saratov vilayətlərində bir neçə kənd təcrid olmuş vəziyyətə düşüb. Tula vilayətində körpülər də su altında qalıb. Yerli çaylarda suyun səviyyəsi normadan 1 metr yüksəlib. Tatarıstanın 3 rayonunu da su basıb. Daşqın zonasında insanların xilas edilməsinə Rusiya fövqəladə hallar nazirliyinin 2 mindən çox əməkdaşı cəlb olunub. Daşqınların əsas səbəbi isə havanın temperaturunun yüksəlməsi və normadan artıq yağıntı göstərilir.

anspress