Rusiyada təyyarə qəzası - Ölənlərdən biri azərbaycanlıdır + Siyahı + Yenilənib

rusiyada-teyyare-qezasi
Oxunma sayı: 12593

Rusiyanın paytaxtı Moskvada sərnişin təyyarəsi qəzaya uğrayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, təyyarə qəzası Ramenski rayonunda baş verib.

Məlumata əsasən, AN-148 markalı təyyarə Domodevo hava limanından qalxdıqdan 2 dəqiqə sonra radardan yoxa çıxıb. Hadisə zamanı göyərtədə 65 sərnişin və 6 heyət üzvü olub.

Nəqliyyat Naziri artıq hadisə yerinə yola düşüb.

Faktla bağlı cinayət işi açılıb.

***

"Qafqazinfo" xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi ölənlərin adlarını açıqlayıb.

Ölənlər arasında Namiq Qəhrəmanov adlı azərbaycanlı da var.

***

Orskdakı Azərbaycan icmasından APA-ya verilən məlumata görə, N. Qəhrəmanov əslən Azərbaycanın Yevlax rayonundan olub.

N. Qəhrəmanov 2 il əvvəl Orenburqun Orsk şəhərinə gəlib, biznes fəaliyyətilə məşğul olmağa başlayıb. Rusiya vətəndaşı olan N. Qəhrəmanovun tikiş sexi olub.