Rusiyada Türkiyə lirəsi ilə əməliyyatlar başladı

rusiyada-turkiye-liresi-ile-emeliyyatlar-basladi
Oxunma sayı: 1891

Ankara-Moskva arasında iqtisadi sahədə atılan tarixi addımla Moskva Birjası Türkiyə valyutası ilə əməliyyatlara başlayıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, ilk gündə təxminən 1,5 milyon rublluq (100 min lirə) əməliyyat həyata keçirilib.

Tətbiq, iki ölkə arasında xarici ticarət fəaliyyətində iştirak edən bank müştəriləri və investisiya şirkətləri üçün yeni imkanlar mənası verir.

Qeyd edək ki, 2017-ci il, Rusiya və Türkiyə arasında xarici ticarət dövriyyəsi 40 faiz artaraq 20 milyard dollara çatıb.

Rusiya rəsmilərinə görə, valyuta bazarında Rusiya rublu ilə Türkiyə lirəsinin ainkişaf etdirilməsi, qarşılıqlı müqavilələrdə milli valyutaların rolunun artmasını təşviq edəcək.

Qeyd edək ki, Moskva Birjasında hazırda dollar, avro, İngilis funt sterlinqi, İsveçrə frankı, Honq-Konq dolları, Çin yuanı, Belarus rublu və Qazaxıstan tengesi üzərindən əməliyyatlar aparılır.