Rusiyada universitet binası uçdu - Video

rusiyada-universitet-binasi-ucdu
Oxunma sayı: 1644

Rusiyanın Sankt-Peterburq şəhərində 5 mərtəbəli İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat Universitetinin binasında uçqun olub.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, universitetin dam örtüyü 5-ci mərtəbədən ikinci mərtəbəyədək çöküb. Dağıntılar arasında əvvəlcə 20 tələbinin qaldığı iddia edilsə də, məlumat təsdiqini tapmayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) son məlumatına görə, 80 nəfərdən çox insan binadan təxliyyə olunub.