Rusiyada vəhşicəsinə döyülən azərbaycanlı tələbə öldü

rusiyada-vehsicesine-doyulen-azerbaycanli-telebe-oldu
Oxunma sayı: 3208

Rusiyanın Perm şəhərində vəhşicəsinə döyülən azərbaycanlı tələbə bu gün xəstəxanada keçinib.
 
“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayev bildirib.
 
O, həkimlərin səylərinə baxmayaraq, Hüseyn Mustafayevi xilas etməyin mümkün olmadığını söyləyib.
 
Qeyd edək ki, noyabrın 18-19-na keçən gecə Permdəki Farmakoloji Akademiyanın tələbəsi, Azərbaycan vətəndaşı, 1990-cı il təvəllüdlü Mustafayev Hüseyn Etibar oğlu naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.
 
Hadisədən bir neçə gün sonra onu döyən şəxslər polis tərəfindən saxlanılıb.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.