Rusiyada yanğın nəticəsində 5 nəfər ölüb - İkisi uşaqdır

Rusiyada yanğın nəticəsində 5 nəfər ölüb
Oxunma sayı: 358

Rusiyanın Sverdlovsk əyalətində yanğın hadisəsi baş verib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polisin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, hadisə Serove şəhərində qeydə alınıb. 02.30-da yanğın söndürülüb. Yanğınsöndürənlər dağıntılar altında beş nəfərin cəsədini aşkar ediblər. Ölənlərdən ikisi 2006-cı və 2015-ci il təvəllüdlü qız uşaqları olub.

İlkin ehtimala görə, yanğın elektrik naqillərində baş verən qısa qapanma nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi