Rusiyada yataqxana yanıb - 6 ölü, 4 yaralı

rusiyada-yataqxana-yanib
Oxunma sayı: 811

Rusiyanın Perm diyarında yataqxanada yanğın olub.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Çusovoy şəhərində baş verib. Yanğın nəticəsində  6 nəfər həlak olub. Onların arasında 3 nəfər uşaq var. Daha 4 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı ehtiyyatsızlıqdan iki və daha artıq insanın ölümünə səbəb olma maddəsi ilə cinayət işi açılıb.