Rusiyada yay düşərgəsində kütləvi zəhərlənmə

rusiyada-yay-dusergesinde-kutlevi-zeherlenme
Oxunma sayı: 839

Rusiyanın Evpatoriya şəhərinin yaxınlığında yerləşən “Luçistıy” sağlamlıq düşərgəsində kütləvi zəhərlənmə hadisəsi baş verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 40-a yaxın uşaq zəhərlənib. Onlar dərhal xəstəxanaya yerləşdirilib.

Zəhərlənənlərin 4-nün vəziyyəti ağır, digərlərinin isə orta ağır qiymətləndirilir.

Hadisə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır.