Rusiyada yeni həbslər dalğası başladı

rusiyada-yeni-hebsler-dalgasi-basladi
Oxunma sayı: 647

İslamazeri.az-ın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, polis idarəsinə aparılanların arasında müxalif “Druqaya Rossiya” partiyasının lideri Eduard Limonov olub. Aksiya iştirakçıları sərbəst toplaşmaq azadlığın təmin olunmasını tələb ediblər.Analoji aksiya Sankt-Peterburqda keçirilib. Orada polis 12 nəfər aksiya iştirakçısını saxlayıb.

Qeyd edək ki, “Druqaya Rossiya” partiyası Moskva icra hakimiyyətinin razılığı ilə fevralın 4-də keçiriləcək ümum vətəndaş mitinqində iştirak etməkdən imtina edib. Limonov fevral ayında keçiriləcək mitinqin təşkilatçılarını təslimçilikdə günahlandırıb.