Rusiyada yol qəzası - 3 ölü, 3 yaralı

rusiyada-yol-qezasi
Oxunma sayı: 1488

Rusiyanın Arxangels vilayətində qol qəzası hadisəsi baş verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumata əsasən, "Ford" markalı avtomobilin sürücüsü ötmə əməliyyatı zamanı qarşıdan gələn "Volvo" ilə toqquşub. Nəticədə "Ford" avtomobilindəki sürücü və iki sərnişin həlak olub. Onlar arasında 4 yaşlı uşaq da var. Digər avtomobildə olan 3 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.