Rusiyada yoxa çıxan vertolyot tapılıb - Yenilənib

rusiyada-yoxa-cixan-vertolyot-tapilib
Oxunma sayı: 1634

Rusiyada göyərtəsində üç nəfərin olduğu vertolyot yoxa çıxıb.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, Baykal bölgəsinin Kırinskiy rayonu ətrafında dövrə vuran Mi-2 vertolyotu havaya qalxdıqdan sonra siqnal itib. Soxodinskiy qoruğu tərəfindən icarəyə götürülən vertolyotda 3 nəfərin olduğu bildirilir. 

***

Məlum olub ki, vertolyot Rusiyanın Orduya, Aviasiyaya və Donanmaya Könüllü Yardım Cəmiyyətinə məxsusdur.

***

Baykal ərazisində itən Mi-2 tapılıb. Bildirilir ki, ekipajda olan 3 nəfər sağdır. Məlumata görə, vertolyot yandığına görə siqnal itib. Əraziyə xilasedicilər cəlb edilib.

Aysel Kərimova