Rusiyada zavodda güclü partlayış - 79 yaralı var+Yenilənib

rusiyada-zavodda-guclu-partlayis
Oxunma sayı: 1707

Rusiyanın Cerjinski şəhərində yerləşən “Kristall” zavodunda ard-arda iki güclü partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, partlayışın texnoloji prosesin pozulması nəticəsində baş verdiyi ehtimal edilir. 

İlk partlayış trotil, ikincisi isə polimer istehsal edən sexdə baş verib. Partlayışların ardınca zavodda yanğın başlayıb. Hazırda yanğın təxminən 100 kvadrat metr ərazini əhatə edir. 

Hadisə zamanı 19 nəfər xəsarət alıb. 

Partlayış nəticəsində zavodun yaxınlığında yerləşən evlərin enerji təchizatında problem yaranıb, binaların şüşələri qırılıb. 

***

Partlayışdan sonra Cerjinski və 3 qəsəbədə fövqəladə vəziyyət elan olunub. Yaralı sayı 27-yə çatıb. 

***

Yaralı sayı 79 nəfərə çatıb.