Rusiyada zəncirvari qəza olub

rusiyada-zencirvari-qeza-olub
Oxunma sayı: 645

Rusiyanın Saxalin adasında zəncirvari qəza baş verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumata əsasən, sürücülərdən biri buz bağlamış yolda ötmə əməliyyatın düzgün yerinə yetirə bilməyib. Nəticədə 7 avtomobil toqquşub. Xəsarət alanlara yerində müdaxilə olunub. Onların vəziyyətinin yaxşı olduğu bildirilir.