Rusiyadakı azərbaycanlılar arasında kütləvi dava

rusiyadaki-azerbaycanlilar-arasinda-kutlevi-dava
Oxunma sayı: 644

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, insident baş verən yerdən ov tüfənginin gilizləri, travmatik tapanca, bıçaq və beyzbol çubuğu aşkar edilib.

Hadisə şahidlərinin sözlərinə görə, dünən gecə saatlarında baş verən verən davada tərəflər bir-birilərinə atəş açıb, əlbəyaxa olublar. Avtomobillərdə bir-birilərini qovalayan dava iştirakçıları arasında dörd nəfərin yaralandığı, xəsarət alanlar arasında yoldan keçənlərin də olduğu deyilir.

İlkin məlumata görə, dava biznes üstündə olub. Azərbaycanlıya məxsus kafelərdən birinin yaxınlığında baş verən davanın videokameraya düşdüyü bildirilir.

Hadisə iştirakçılarından 15-i polis tərəfindən saxlanılıb.