Rusiyadakı qəzada yaralanan Azərbaycan vətəndaşlarının - Adları

Rusiyadakı qəzada yaralanan Azərbaycan vətəndaşlarının
Oxunma sayı: 3068

Rusiyada baş vermiş yol qəzasında xəsarət almış Azərbaycan vətəndaşlarının kimliyi məlum olub.

“Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, Ümumrusiya Azərbaycanlıları Konqresinin Nijeqorod regional bölməsinin icraçı direktoru Roman Ağayev qəzaya uğramış mikroavtobusun heç bir nəqliyyat şirkətinə məxsus olmadığını, özəl daşınmaları həyata keçirdiyini bildirib.

Hadisə zamanı avtobusda 2 sürücü, 4 qadın və 8 azyaşlı olub. Qəza zamanı Azərbaycan vətəndaşları – Abbasova Yasəmən (2003-cü il təvəllüdlü), Abbasov Vasil (2005-ci il təvəllüdlü), Ələsgərov Rəhim (1969-cu il təvəllüdlü), Heydərov Vadif Qara oğlu (1951-ci il təvəllüdlü), Yusubova Ülfət (1982-ci il təvəllüdlü), Yusubov Rəvan (2008-ci il təvəllüdlü), Yusubov Natiq (2006-cı il təvəllüdlü), Yusubov Ravil (2013-cü il təvəllüdlü), Yusubov Məmləkət (2005-ci il təvəllüdlü) və Əliyeva Günay (1981-ci il təvəllüdlü) xəsarət alıblar.

Qeyd edək ki, yaralılardan bəziləri bir ailənin üzvləri və qohumlardır. Qəza nəticəsində ümumilikdə 12 nəfər xəsarət alıb. Onlar Komsomolsk xəstəxanasına çatdırılıblar və yaralılara tibbi yardım göstərilib. Hadisə zamanı ağır xəsarət alan olmayıb. Xəsarət alanların vəziyyətinin normal olduğu bildirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi