Rusiyadakı təyyarə qəzasının səbəbi açıqlandı

rusiyadaki-teyyare-qezasinin-sebebi-aciqlandi
Oxunma sayı: 3261

Rusiyada 71 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasının səbəbi açıqlanıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, təyyarənin “Qara qutusu” araşdırıldıqdan sonra qəzanın pilotun səhvi ucbatından baş verdiyi məlum olub.

Belə ki, pilot təyyarə qalxan zaman təzyiq ayarlamasını etməkdə gecikib. Bundan başqa, havaya qalxma zamanı isitmə sistemi qoşulmayıb. Buna görə də sensorlar buz bağlayıb və sürət göstərmə mexanizmi səhv işləyib.

Pilotlar proseslərin səhv getdiyini görsələr də, problemi aradan qaldıra bilməyiblər.